Giorgi Qaxaria və Nikol Paşinyan arasında telefon söhbəti baş tutdu
Gürcüstanın baş naziri Giorgi Qaxaria Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon ilə söhbət etdi.
Bu haqda məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
Tərəflər Dağlıq Qarabağ ətrafında baş verən hadisələri müzakirə etdilər və atəşkəs razılaşmasının əhəmiyyətini vurğuladılar və razılaşmanın implementasiya prosesində müsbət dinamikanın qorunmasını ümid etdilər.
Baş nazirlər Cənubi Qafqazda münaqişənin sülh yolu ilə tənzimlənməsinin region ölkələrinin stabilliyi və inkişafı üçün önəmini vurğuladılar.