Giorgi Qaxaria - vacibdir ki, tez zamanda, effektiv şəkildə seçki prosesini başa çatdıraq və pandemiya şərtlərində ən şəffaf və demokratik seçkilər keçirək
Vacibdir ki, tez zamanda, effektiv şəkildə seçki prosesini başa çatdıraq və pandemiya şərtlərində ən şəffaf və demokratik seçkilər keçirək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria koordinasiya şurasının iclası başa çatdıqdan sonra keçirilən mətbuat konfransında verdi.
Giorgi Qaxaria bəyan edir ki, Gürcüstan yaşıl zona ölkəsi olaraq qalır və digərləri ilə müqayisədə, pandemiyanın bu mərhələsini müvəffəqiyyətli şəkildə idarə edir.
“Yaşıl zona statusunu bugün itirib, sabah yenidən ala bilərik. Əsas olan bu deyil. Mənim üçün əsas olan ilk şey – vətəndaşların sağlamlığıdır, ikincisi, – iqtisadiyyatın bərpası üçün diskomfort yaradan sərt məhdudiyyətlərin lazım olmaması, üçüncüsü isə, – pandemiya şərtlərində belə, Gürcüstanda ən şəffaf və demokratik seçki prosesini tez və efektiv şəkildə keçirilməsidir” – dedi Giorgi Qaxaria.