Giorgi Qaxaria - Ümid edirəm ki, Zalkaniani və Lavrovun görüşü Gürcüstan və Rusiya arasındaki ağır problemlərin həlli üçün yararlı olacaq
Giorgi Qaxaria - Ümid edirəm ki, Zalkaniani və Lavrovun görüşü Gürcüstan və Rusiya arasındaki ağır problemlərin həlli üçün yararlı olacaq

Ümid edirəm ki, Zalkaniani və Lavrovun görüşü Gürcüstan və Rusiya arasındaki ağır problemlərin həlli üçün yararlı olacaq – bu barədə bəyanatı baş nazir Giorgi Qaxaria Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani və Sergey Lavrovun görüşündən öncə verdi.

“Əlbəttə ki, problemlərin həlli üçün yeganə yol beynəlxalq qaydalar, beynəlxalq qanunvericilik və partnyorlarımızla sıx əməkdaşlıqdır. Bu görüş də bu əhval-ruhiyyə ilə keçirilir” – dedi Giorgi Qaxaria.

Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani Nyu-Yorkda, Baş Assambleyanın 74-cü sessiyası çərçivəsində, İsveçrə Konfederasiyasının təşəbbüsü və təşkili ilə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşdü.

Onun dediyinə görə, bu görüş Rusiyaya deyəcəklərimizi birbaşa çatdırmanın yeganə yoludur.