Giorgi Qaxaria - Torpaqların sistemli qeydiyyatı böyük əhəmiyyəti olan bir tədbirdir, hansının müvəffəqiyyətli olacağından əminik
Giorgi Qaxaria - Torpaqların sistemli qeydiyyatı böyük əhəmiyyəti olan bir tədbirdir, hansının müvəffəqiyyətli olacağından əminik

Torpaqların sistemli qeydiyyatı çox böyük əhəmiyyəti olan bir tədbirdir, hansının müvəffəqiyyətli olacağından əminik, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.

Giorgi Qaxaria qeyd etdi ki, torpağın sistemli qeydiyyatı üçün maliyyə vəsaiti ayrılıb və bu da deməkdir ki, ölkədə üç il ərzində, hər növ torpaq sahəsi qeydiyyatdan keçəcək.

“Fermerlər üçün sadaladığımız yardımlar da birbaşa qeydiyyatdan keçən torpaqlarla bağlıdır.

Müəyyən səbəblərə görə, torpaq sahələrini qeydiyyatdan keçirməmiş olan fermerlər, ilin sonuna qədər onları qeydiyyatdan keçirə bilərlər və bütün hökümət yardımları onlara da aid olacaq.

Biz ölkəmizin aqro-təhlükəsizliyinə qayğı göstəririrk. Bütün fermerlərə müraciət edirəm, işlətdikləri torpaq sahələrini tez zamanda qeydiyyatdan keçirsinlər ki, bütün yardım proqramlarının benefisiarları olsunlar” – dedi Giorgi Qaxaria.