Giorgi Qaxaria Tehranın yanında Ukrayna təyyarəsinin düşməsi nəticəsində həlak olanların ailələrinə baş sağlığı verir
Giorgi Qaxaria Tehranın yanında Ukrayna təyyarəsinin düşməsi nəticəsində həlak olanların ailələrinə baş sağlığı verir

Gürcüstanın baş naziri Giorgi Qaxaria Tehran hava limanının yanında “Ukrayna aviaxəttlərinin” avialaynerinin düşməsi nəticəsində baş verən faciə ilə bağlı dərin kədərini bildirir.

“Tehranın yanında baş verən aviaqəza nəticəsində baş verən faciədə həlak olanların ailələrinə ürəkdən baş sağlığı verirəm” – yazır Qaxaria öz “Tvitter” səhifəsində.

Xatırladaq ki, “Ukrayna aviaxəttlərinə” aid olan “Boinq 737”, Tehran hava limanından uçquqdan iki dəqiqə sonra yerə düşdü və yanmağa başladı.

Aviaqəza nəticəsində 167 sərnişin və ekipajın 9 üzvü həlak olub.