Giorgi Qaxaria - Tamar Baçaliaşvilinin ailəsinə baş sağlığı diləyirəm, bu faciə sadəcə bir ailənin deyil, bütün ölkənin faciəsidir
Gürcüstanın baş naziri 23 yaşlı Tamar Baçaliaşvilinin ailəsinə baş sağlığı verdi.
Baş nazir bugünki hökümət iclasında gənc qızın ölüm faktı və istintaqı haqqında danışdı.
Onun dediyinə görə, bu bütün ölkənin faciəsidir.
“Bu trajik hadisə ilə bağlı mütləq danışacam. Əlbəttə ki, gənc qızın naməlum şərtlərdə həyatını itirməsi ağır bir haldır. İlk növbədə ailəsinə baş sağlığı diləyirəm.
Hər birimiz ailələrimizi qorumalıyıq və belə hadisələrə daha böyük məsuliyyətlə yanaşmalıyıq” – dedi Giorgi Qaxaria hökümət iclasında.