Giorgi Qaxaria - Sülhdən başqa yol yoxdur, torpaqlarımızı müasir və inkişaf etmiş bir dövlət quraraq qaytarmalıyıq

“Sülhdən başqa yol yoxdur, torpaqlarımızı  işləyərək, əmək qoyaraq, təhsil ilə, müasir, demokratik və inkişaf etmiş, müvəffəqiyyətli bir Avropa dövləti quraraq qaytarmalıyıq, – bu sözləri Gürcüstanın baş naziri Giorgi Qaxaria qaçqınlara yaşayış mənzillərinin verilmə tədbirində çıxış edərkən verdi.

“7 avqust Gürcüstan tarixinin ən ağır günlərindən biridir. Əsgərləmizi və ərazilərimizin 20 faizini itirdik. Müharibə nəticəsində qaçqın olanlardan 251 ailəyə bugün yaşayış mənzilləri verdik, təbii ki, bu sadəcə dənizdə bir damladır, ancaq biz mərhələ şəklində bütün qaçqınları yaşayış evləri ilə təmin edəcəyik” – dedi baş nazir.