Giorgi Qaxaria - Seçki siyahısında hansı nömrədə olacağımın heç bir fərqi yoxdur, majoritar olmağı da düşünmürəm
Seçki siyahısında hansı nömrədə olacağımın heç bir fərqi yoxdur, majoritar olmağı da düşünmürəm, – Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria jurnalistlərin suallarını cavablandırarkən verdi.
“Başa düşürəm ki, seçki siyahısı ilə bağlı intriqalar var və maraqlanırsınız, ancaq biraz gözləyək. Majoritarlıq məsələsi ilə bağlı heç düşünmədim. Seçki siyahısında hansı nömrədə olacağımın da mənim üçün heç bir fərqi yoxdur” – dedi Giorgi Qaxaria.