Giorgi Qaxaria - Rusiya, işğal edilən ərazilərimizdə baş verən fundamental insan hüquqlarının pozulmasının bütün faktlarına görə məsuliyyət daşıyır
Giorgi Qaxaria - Rusiya, işğal edilən ərazilərimizdə baş verən fundamental insan hüquqlarının pozulmasının bütün faktlarına görə məsuliyyət daşıyır

Gürcüstanın baş naziri Giorgi Qaxaria parlamentdə illik hesabat təqdim edərkən bəyan etdi ki, rus işğalı hələdə ölkənin milli təhlükəsizliyin əsas çağırışı olaraq qalır.

“Ölkəmizin ərazilərinin 20 faizinin işğal altında olduğu haqqında danışarkən, hər kəs başa düşməlidir ki, bu ölkəmizin inkişafına mane olan bir faktordur.

Bu sadəcə ərazilərimizin 20 faizi deyil, biz hər sahədə 20 faizlə məhdudlaşdırılmış vəziyyətdəyik. İqdisadiyyatımız daha çox məhdudlaşdırılıb” – dedi Giorgi Qaxaria.

“İşğal edilmiş ərazilərdə qeyri-qanuni borderizasiya, insan həyatına əl qoymaq, hərəkət etmək məhdudiyyəti və sairə mənfi faktorlar çox önəmlidir və bütün bunlar üçün məsuliyyəti Rusiya daşıyır.

Orada bizim vətəndaşlarımız yaşayır və əlimizdən gələni etməliyik ki, onları gərəkən bütün dövlət servisləri ilə təmin edək” – dedi Qaxaria.