Giorgi Qaxaria - Rusiya destabilizasiya hərəkətlərini dayandırmalıdır və 2008-ci ilin "Atəşkəs razılaşmasının" öhdəliklərini yerinə yetirməlidir

2008-ci ilin avqust müharibəsinin 12-ci ildönümündə, müharibədə həlak olan qərhamanlarımızın xatirələrini yad edəcəyik, – bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria sosiyal şəbəkə “Tvitterdə” yazır.

Dövlət başçısı qeyd edir ki, Rusiya destabilizasiya hərəkətlərini dayandırmalıdır və 2008-ci ilin “Atəşkəs razılaşmasının” öhdəliklərini yerinə yetirməlidir.

“Rusiya destabilizasiya hərəkətlərini dayandırmalıdır və 2008-ci ilin “Atəşkəs razılaşmasının” öhdəliklərini yerinə yetirməlidir. Bu müharibə hər bir gürcünün ürəyində sağalmaz bir yara kimi qalacaq” – deyir naş nazir.