Giorgi Qaxaria - Razılaşdıq ki, Ermənistanın ərazi bütövlüyümüzü dəstəkləməsi bizim üçün çox önəmlidir
Sülh və sabitlik regionumuzda ən önəmli faktordur ki, diqqətimizi iqtisadiyyata yönəldək və vətəndaşlarımız üçün daha yaxşı şəraitlər yarada bilək, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra verdi.
Qaxarianın dediyinə görə, Gürcüstan və Ermənistan arasındaki dostluq münasibətlərinin çox əsrlik tarixi var və bu dostluq daha da möhkəmlənməlidir.
Baş nazirin dediyinə görə, Nikol Paşinyanla görüş zamanı iqtisadi və ticari əməkdaşlıq müzakirə olundu.
“Hörmətli baş nazir, mənim üçün xoşdur ki, yeni statusumla Ermənistana ilk rəsmi səfərlə gəlmişəm. Gürcüstan və Ermənistanın çox əsrlik dostluq münasibəti haqqında danışdıq və bu dostluğun və həmçinin ölkələr arasındaki iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi gərəkdiyini vurğuladıq. Nəqliyyat və enerji-daşıyıcılar hissəsində əməkdaşlıq haqqında söhbət etdik. Həmçinin, hər iki ölkə ərazisində yerləşən mədəni irsimizin qorunması ilə bağlı da müzakirə apardıq” – dedi Giorgi Qaxaria.
Baş nazirin dediyinə görə, o erməni həmkarı ilə regional məsələləri də və beynəlxalq platformada əməkdaşlıq məsələsini müzakirə etdi.
“Razılaşdıq ki, Ermənistanın ərazi bütövlüyümüzü dəstəkləməsi bizim üçün çox önəmlidir və buna görə ona təşəkkür edirik.
Həmkarıma səmimi qarşılama üçün təşəkkür edirəm və ümid edirəm ki, bu günki görüş iki ölkə arasındaki efektiv əməkdaşlığın dərinləşdirilməsi üçün irəli atılmış bir addım olacaq” – dedi Qaxaria.