Giorgi Qaxaria Raçada, Ğebi kəndində, təbii fəlakət nəticəsində yaranan problemləri əhalidən dinlədi

Gürcüstanın baş naziri Giorgi Qaxaria, vitse-premyer və Regional İnkişaf və İnfrastruktur naziri Maia Tskitişvili ilə bərabər Raçada, təbii fəlakət nəticəsində zərər görən Ğebi kəndinə getdi.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, baş nazir yerli sakinlərlə bərabər bütün kəndi gəzdi və onlarla yaranan problemlər haqqında danışdı.

Giorgi Qaxaria fövqəladə qərargah üzvlərinə tapşırdı ki, yerli əhaliyə maksimal şəkildə yardım edilsin və təbii fəlakət nəticəsində yaranan problemlər vaxtında aradan qaldırılsın.