Giorgi Qaxaria - Pfizer vaksinasının ilk dozaları Gürcüstana fevralın sonuna qədər gətiriləcək
Giorgi Qaxaria - Pfizer vaksinasının ilk dozaları Gürcüstana fevralın sonuna qədər gətiriləcək

Pfizer vaksinasının ilk dozaları Gürcüstana fevralın sonunda gətiriləcək,- bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria sosiyal şəbəkə “Facebook”-daki rəsmi səhifəsində  yayır.

Dövlət başçısı Gürcüstana presedentsiz yardım göstərdiyi üçün Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebresiusa təşəkkür etdi.

“Ölkəmizin və mənim dostum olan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebresiusa, Gürcüstana göstərdiyi presedentsiz dəstəyə görə təşəkkür edirəm. Milli plana əsasən, vaksina ölkəyə gətirildikdən sonra ilk növbədə medpersonalın vaksinasiyası başlayacaq. #vaksinaişləyir! – yazır baş nazir Giorgi Qaxaria.