Giorgi Qaxaria - Pandemiya keçəcək, virusu məğlub edəcəyik, ancaq demokratik seçkilərdə edilən seçim ölkəmizin demokratik inkişafının əsasıdır
Vətəndaşlarımıza demək istəyirəm ki, bəzi ticarət mərkəzinə getmək, seçki məntəqəsinə gedib, səs verməkdən daha riskli ola bilər, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria İdarələrarası Koordinasiya Şurasının iclasından sonra verdi.
Dövlət başçısı vətəndaşlara müraciət edir ki, oktyabrın 31-də öz seçimlərini etsinlər, çünki bu ölkənin gələcəyi üçün hər bir vətəndaşın məsuliyyətidir.
“Seçkiyə gedib, səs vermək, ölkənin gələcəyi üçün hər bir vətəndaşın məsuliyyətdir” – dedi baş nazir.
Onun dediyinə görə, bütün seçki məntəqələrində, epidemioloqların tövsiyyələrinə müvafiq şəkildə, təhlükəsizlik qaydaları təmin ediləcək.
“Bizi ən vacib seçkilər gözləyir. Gürcüstan iqtidarı və Mərkəzi seçki Komisiyası əlindən gələni etdilər ki, „hər bir vətəndaşın seçim haqqı edilsin və qorunmuş olsun. Vətəndaşlara müraciət edirik ki, gedib seçkilərdə səs versinlər. Bu pandemiya keçəcək, virusu məğlub edəcəyik, ancaq demokratik seçkilərdə edilən seçim ölkəmizin demokratik inkişafının əsasıdır. Bütün seçki məntəqələrində sağlamlıq təhlükəsizliyi təmin ediləcək” – dedi baş nazir.