Giorgi Qaxaria - Ölkəmizin Bidzina İvanişvili kimi unikal sığortası var, hansı ki, ölkənin ən çətin anlarında bizə yardım edir
“Kartu” və Bidzina İvanişvili illərdir bu ölkədə milyardlarla xeyriyyə işləri görür, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria, “Gürcü Arzusu – demokratik Gürcüstan”siyasi birləşməsinin sədri Bizdina İvanişvili tərəfindən StopCOV fonduna 100 milyon larinin köçürülməsi ilə bağlı verdi.
“Ölkəmizin Bidzina İvanişvili kimi unikal sığortası var, hansı ki, ölkənin ən çətin anlarında bizə yardım edir” – dedi baş nazir.
Baş nazirin dediyinə görə, fondda yığılan məbləğlər Gürcüstan əhalisinin maraqlarından irəli gələrək, koronavirusa qarşı mübarizə üçün xərclənəcək.