Giorgi Qaxaria - Nika Melia siyasi xuliqanlığa davam edə bilər, bu onun biləcəyi məsələdir
Nika Melia istəyirsə, siyasi xuliqanlığa davam etsin, bu onun biləcəyi bir məsələdir, – bu bəyanatı baş nazir Giorgi Qaxaria Nika Melianın girov məsələsi ilə bağlı verdi.
Baş nazirin dediyinə görə, Nika Melianın hərəkəti populizmdir və dövlət bu oyunda iştirak etməyəcək.
“Onunla bağlı hüquqi qərar verilib. İstərsə tabe olsun, istərsə də siyasi xuliqanlığa davam etsin. Dövlət bu oyuna qoşulmayacaq. Mənim üçün bu sadəcə ucuz hərəkət və aqresiv ritorikadır. Siyasi xuliqanlıqla özüna diqqət çəkməyə çalışır. Bütün bunlar qeyri-ciddidir” – dedi Giorgi Qaxaria.