Giorgi Qaxaria - Nə qədər böyük nailiyyətlər əldə edirik, dostlarımız və partnyorlarımız bizdən o qədər artığını tələb edirlər
“Dostlarımızdan və strateji partnyorlarımızdan gələn hər hansı növ tənqidlərlə bağlı öz mövqeyimiz var, ancaq biz hər cür tənqidi işçi rejimində qəbul edirik və onda bir problem görmürük” – bu bəyanatı baş nazir Giorgi Qaxaria konqresmenlərin ona ünvanladığı məktubla bağlı verdi, hansında onlar “Gürcüstanın söz verdiyi islahatlardan imtina etməsi və dinc demonstrantlara qarşı zorakılığın edilməsi ilə” narahat olduqlarını bildiriblər.
Giorgi Qaxarianın dediyinə görə, ABŞ Gürcüstanın ən əsas strateji partnyorudur.
“O konqresmenlər Gürcüstanın dost ölkələri qrupunun rəhbərləridirlər. Dostlarımızdan və strateji partnyorlarımızdan hərhansı bir tənqidi işgüzar rejimdə qəbul edirik. Əgər müəyyən suallar varsa, onlara cavab verəcəyik, çünki bu da müsbət əməkdaşlığın bir hissəsidir” – dedi Qaxaria.