Giorgi Qaxaria müxalifətə - Parlamentə daxil olub, ölkənin gələcəyi ilə bağlı qayğı göstərməyəcəksinizsə, heç olmasa, bizə mane olmayın
Pandemiya şərtlərində dünyada keçirilən bütün seçkilərdən fərqli olaraq, Gürcüstanda parlament seçkiləri yüksək fəallıqla keçirildi, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria “İmedi” telekanalının efirində verdi.
Dövlət başçısı qeyd etdi ki, bugün iqtidarın əsas məqsədi vətəndaşların sağlamlığı, iqtisadiyyatın xilas edilməsidir və əlbəttə ki, bütün bunlar elə edilməlidir ki, kimsənin ifadə azadlığı məhdudlaşdırılmasın.
“Kimsə unutmasın ki, bu seçkilərdə 2016-cı ilin seçkilərindən daha çox insan iştirak etdi.
Onu da unutmasın ki, Gürcüstan tarixində ilk dəfə doqquz partiyalı parlament seçildi.
Gürcüstan vətəndaşları doqquz partiyaya mandat verərək, 24 saat ərzində ölkənin krizisdən çıxardılması üçün iş görməyi tapşırdı, küçə aksiyaları keçirməyi deyil.
Ölkəmizin qarşısında duran çağırışlarla mücadələ edə bilmək üçün əməkdaşlıq etməliyik.
Əgər parlamentə daxil olub, ölkənin gələcəyi ilə bağlı qayğı göstərməyəcəksinizsə, heç olmasa, bizə mane olmayın” – dedi Giorgi Qaxaria.