Giorgi Qaxaria - Mövcud olan siyasi vəziyyətdən tez zamanda çıxış yolu tapmalıyıq, bu əhalimizin tapşırığıdır, destruktiv hərəkətləri vətəndaşlarımız dəstəkləmirlər
Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasına mövcud olan siyasi vəziyyətin dəyərləndirilməsi ilə başladı.
Onun dediyinə görə, siyasi vəziyyətdən tez zamanda çıxış yolu tapılmalıdır və bu da Gürcüstan vətəndaşlarının tapşırığıdır.
Baş nazirin bəyanatına görə, o əmindir ki, siyasi spektr bu fikirlə razıdır. Onun dediyinə görə, əhali destruktiv addımları dəstəkləməyəcək.
“Oktyabrın 31-də Gürcüstan vətəndaşları 9 siyasi partiyaya mandat verdilər, bu ölkənin gələcəyi ilə bağlı məsuliyyət mandatıdır. Bu seçimi ölkə vətəndaşları pandemiya və iqtisadi böhranın tam zirvəyə çatdığı dövrdə etdilər. Bu xalqın mesajıdır ki, siyasi qüvvələr ölkəmizə bərabər qayğı göstərək və onun böhrənlardan çıxardılması üçün bir yol tapaq.
Hamımız yaxşı başa düşürük ki, Gürcüstanın ambisiyalı Avropa planını həyata keçirə bilmək üçün bizə stabil siyasi proseslər lazımdır” – dedi Giorgi Qaxaria.