Giorgi Qaxaria - Məsuliyyətsiz siyasətçilər onu nəzərə almırlar ki, destabilizasiya ilk öncə ölkəmizin inkişafı üçün problem yaradır
Biz məsuliyyətli biq iqtidar olaraq, müəyyən addımlar atmalıyıq ki, ölkə qarşısında duran çağırışlara gərəkən cavabı verə bilək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria hökümət iclasında verdi.
Onun dediyinə görə, məsuliyyətsiz siyasətçilər onu nəzərə almırlar ki, destabilizasiya ölkəmizin inkişafı, iqtisadi artımı və əlavə iş yerlərinin yaradılması üçün problemlər yaradacaq.
“Ölkəmizin qarşısında duran məqsədlərdən biri iqtisadi artım və iş yerlərinin yaradılmasıdır, ancaq ölkəmizin sosiyal və siyasi həyatında baş verən hadisələr destabilizasiyaya çevriləndə, bütün bunlar əlbəttə ki, ölkəmizin iqtisadi vəziyyətinə zərər verir.
Məsuliyyətsiz siyasətçilər bunu nəzərə almırlarsa, biz məsuliyyətli bir hakimiyyət olaraq, gərəkən addımlar atmalıyıq ki, ölkə qarşıcında duran çağırışlara layiqli cavab verə bilək” – dedi baş nazir.