Giorgi Qaxaria - Mayk Pompeonun çox önəmli səfəri zamanı strateji partnyorumuz üçün Gürcüstanın nə qədər əhəmiyyətli olduğu bəlli oldu
Giorgi Qaxaria - Mayk Pompeonun çox önəmli səfəri zamanı strateji partnyorumuz üçün Gürcüstanın nə qədər əhəmiyyətli olduğu bəlli oldu

“Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeonun Gürcüstana səfəri çox önəmli idi, çünki bu səfər strateji partnyorlarımız üçün Gürcüstanın nə qədər əhəmiyyətli olduğunu göstərdi, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.

Baş nazir qeyd etdi ki, səfər tam gərəkdiyi zaman edildi.

Onun dediyinə görə, əsas olan odur ki, dövlət katibi Amerikan xalqının və iqtidarının adı ilə, Gürcüstan xalqına, Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, iqtisadi inkişafına və avro-atlantik strukturlara inteqrasiyasını dəstəklədiyini yenə bir daha dilə gətirdi.

“Nəticədə, biz razılaşdıq ki, ortaq dəyərlərə əsaslanan strateji partnyorluğumuzu davam etdirəcəyiz. Bütün bunlar, göstərir ki, ölkənin Avropa və avro-atlantik inkişafı baxımından, iqtidar doğru və müvəffəqiyyətli siyasət həyata keçirir” – dedi Giorgi Qaxaria.