Giorgi Qaxaria - Maliyyə Nazirliyinə tapşırıq verilib ki, son məhdudiyyətlərə görə, müvəqqəti olaraq, işsiz qalan vətəndaşlara yeni ilə qədər gərəkən yardım edilsin
Gürcüstanın baş naziri Giorgi Qaxarianın bəyanatına görə, bugündən etibarən, bir dəfəlik sosiyal yardım üçün ərizələrin qəbulu başlayır.
Qaxarianın dediyinə görə, Maliyyə Nazirliyinə artıq tapşırıq verilib ki yardımlar yeni ilə qədər verilsin.
“Məlum olduğu kimi, bugündən etibarən, son iki aylıq məhdudiyyətlərə görə, müvəqqəti olaraq, işsiz qalan vətəndaşlarımızın qeydiyyatı başlayır. Maliyyə Nazirliyinə artıq tapşırıq verilib ki, sosiyal yardım üçün müraciət edən vətəndaşlar qərəkən yardımı yeni ilə qədər almalıdırlar” – dedi Giorgi Qaxaria.
300 larilik kompensasiyanın alınması üçün elektron ərizələrin qəbulu bugündən başlayır.
Gəlirlər xidmətinin məlumatına görə, anti-böhran iqtisadi planın dördüncü mərhələsi çərçivəsində, idarə vətəndaşların sosiyal yardım almalaları üçün xüsusi qeydiyyat proqram təminatı yaradıb.