Giorgi Qaxaria - Klubların birində narkotiki mühafizə xidmətinin rəhbəri satırdı və bu, klubla narkotik satıcıları arasında birbaşa əlaqəyi göstərir
Giorgi Qaxaria - Klubların birində narkotiki mühafizə xidmətinin rəhbəri satırdı və bu, klubla narkotik satıcıları arasında birbaşa əlaqəyi göstərir

Gürcüstanın daxili İşlər Naziri Giorgi Qaxaria parlamentin plenar iclasında nitqlə çıxış edən zaman mayın 12-də Tbilisi klublarında keçirilən xüsusi əməliyyat haqqında danışdı.

Giorgi Qaxaria xüsusi əməliyyatda iştirak edən polislərə təşəkkür etdi və qeyd etdi ki, heç bir polis tərəfindən səlahiyyətlərindən suistifadə faktına yol verilməyib.

“Əgər belə bir fakt aşkar olunsa, ona müvafiq reaksiya veriləcək” – dedi nazir.

Onun dediyinə görə, Daxili İşlər Nazirliyi, xüsusi əməliyyatın keçirildiyi klublarda narkotiklərin satıldığı haqda məlumatı əvvəlcədən almışdı.

“Bunu təsdiq edən videokadrlarımız da var, hansında görünür ki, narkotik satanlardan biri xırda pul üçün mühafizəçilərin yanından keçərək, çox asan şəkildə, kluba girir və geri çıxır.

Nazirin dediyinə görə, Daxili İşlər Naziriyin kluba girmək üçün tam hüququ var idi.

“Məncə hərkəs anlayır ki, klub həyatı və müasir modaya qarşı heç bir etirazım yoxdur, var idi” – dedi Daxili İşlər Naziri.