Giorgi Qaxaria klinikaların nümayəndələri ilə görüşdü
Giorgi Qaxaria klinikaların nümayəndələri ilə görüşdü

Gürcüstanın baş naziri Giorgi Qaxaria Səhiyyə Naziri Ekaterine Tikaradze ilə bərabər, klinikaların nümayəndələri ilə görüşdü.

Görüş Dövlət Mərasimləri Sarayında keçirildi və onda 100-ə qədər klinikanın nümayəndələri iştirak etdilər.

Görüşdə İqtisadiyyat Naziri Natia Turnava və Maliyyə Naziri İvane Maçavariani də iştirak edirdilər.

Görüş qapalı keçirildi, ancaq verilən məlumata görə, onda səhiyyə sistemində planlaşdırılan islahatlar müzakirə edildi.