Giorgi Qaxaria Xəstəliklər Nəzarəti və Luqar mərkəzinin əməkdaşlarına apardıqları işlər üçün təşəkkür etdi

Gürcüstanın baş naziri Giorgi Qaxaria Xəsətliklər Nəzarətinin Milli Mərkəzinin əməkdaşlarına ölkənin və vətəndaşların qorunması üçün etdikləri əvəzsiz fəaliyyətləri üçün təşəkkür etdi.

Dövlət başçısı, Səhiyyə Naziri Ekaterine Tikaradze ilə bərabər, bugün Xəstəliklər Nəzarətinin Milli Mərkəzini (NCDC) və Riçarq Luqar adına ictimai səhiyyənin tədqiqat mərkəzini ziyarət etdi.

Mərkəzlərin əməkdaşları ilə görüş zamanı Qaxaria xüsusi ilə vurğuladı ki, məhz onların əməyinin nəticəsidir ki, ölkədə pandemiyanın yayılmasının prevensiyası üçün əhəmiyyətli tədbirlər həyata keçirildi.

Gürcüstanın baş nazirinin dediyinə görə, müasir standartlarla təchiz edilmiş laboratoriyanın Gürcüstanda mövcud olması ölkəyə müxtəlif təhlükəli xəstəliklərin dəqiq diaqnostikası üçün imkan yaradır. Bəzi hallarda isə, bu laboratoriyanın tədqiqat nəticələri bütün regionda ekslüzivdir.

Bu əhəmiyyətli institutun Gürcüstanda fəaliyyət göstərdiyi üçün Giorgi Qaxaria Amerika Birləşmiş Ştatlarına təşəkkür etdi.