Giorgi Qaxaria - Cenevrə danışıqlarının pozulması, xüsusi ilə də bu pandemiya şərtlərində, bizim üçün qeyri-məqbuldur
Giorgi Qaxaria - Cenevrə danışıqlarının pozulması, xüsusi ilə də bu pandemiya şərtlərində, bizim üçün qeyri-məqbuldur

Cenevrə danışıqlarının pozulması, xüsusi ilə də bu pandemiya şərtlərində, bizim üçün qeyri-məqbuldur, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Cenevrə beynəlxalq danışıqlarının 51-ci raundunun pozulması ilə bağlı verdi.

Onun dediyinə görə, Cenevrə Gürcüstan üçün çox önəmli bir formatdır.

“Cenevrə formatı qüvvədə olan yeganə formatdır. Cenevrə danışıqlarının gücünü sual işarəsi altına atan hərhansı bir addım bizim üçün qətiyyən qeyri-məqbuldur, xüsusi ilə də bu pandemiya dövründə, çünki sərhədlərin bağlı olduğuna görə, işğal xəttinə getmək imkanı məhduddur və orada yaşayan insanlar elementar yardım ala bilmirlər. Biz işğal xəttinin digər tərəfində qalan vətəndaşlarımıza yardım etmək istəyirik, ancaq təəssüf ki, buna imkan verilmir. Ona görə də, Cenevrə danışıqlarının xüsusi ilə də belə zamanda  pozulması qətiyyən qeyri-məqbuldur” – dedi Giorgi Qaxaria.

Gürcüstanın Xarici İşlər Nazirliyi oktyabrın 6-da bəyanat yaydı, hansında rəsmi Tbilisi Rusiyaya müraciət edir ki, Cenevrə fotmatında danışıqlar masasına qayıtsın və üzərinə düşən öhdəlikləri yerinə yetirsin.

Nazirlikdə bəyan edirlər ki, Rusiya tərəfindən danışıqların pozulması kimi addımlar sülh prosesinə və Gürcüstan iqtidarı və beynəlxalq həm-dostluq tərəfindən, münaqişə nəticəsində zərər görən əhalinin problemlərinin həllinə böyük zərər verir.

Cenevrə beynəlxalq danışıqlar formatı Gürcüstan və Rusiya arasında 2008-ci ilin avqust müharibəsindən sonra yarandı.