Giorgi Qaxaria - İyunun 20-dən neçə il keçir keçsin, mənim üçün əsas olan odur ki, o günki hərəkətlə hüquqmühafizə sistemi ölkəyi destabilizasiyadan qorudu

Gürcüstanın baş naziri Giorgi Qaxarianın bəyanatına görə, 20 iyun hadisələri ilə bağlı ən az iki dəfə sorğulya çəkilib.

Qaxarianın dediyinə görə, o günlə bağlı bir çox suallar mövcud olsa da, onun üçün əsas odur ki, iyunun 20-də Daxili İşlər Nazirliyi və Gürcüstanın hüquqmühafizə sistemi ölkəyi qarışıqlıq və destabilizasiyadan qorudu.

“Dəqiq yadıma düşmür, ancaq 20 iyun hadisələri ilə bağlı məncə ən az iki dəfə sorğulandım. O gün ilə bağlı hələdə bir çox sual verilir: rezin güllə atmaq əmrini kim verdi, rezin güllələr haraya atılırdı və sairə, ancaq bütün bunlar ikinci dərəcəlidir, çünki əsas olan odur ki, neçə il keçirsə keçsin, mən bilirəm ki, o gün Daxili İşlər Nazirliyi ölkəyi böyük qarışıqlıq və destabilizasiyadan qorudu.

Parlamentə şturm edilirdi və Daxili İşlər Nazirliyi buna əngəl oldu, çünki bu onların vəzifəsi idi və etmələri gərəkdiyini etdilər” – dedi Giorgi Qaxaria.