Giorgi Qaxaria - İşsiz qalan vətəndaşlarımız üçün maddi yardımın verilməsi yanvarın 28-dən başlayacaq
Giorgi Qaxaria - İşsiz qalan vətəndaşlarımız üçün maddi yardımın verilməsi yanvarın 28-dən başlayacaq

Vətəndaşlarımız üçün məqsədli sosiyal yardımın verilməsi davam edir, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.

Baş nazirin dediyinə görə, epidemiyanın ikinci dalğası zamanı işsiz qalan vətəndaşlardan ərizələrin qəbulu artıq başlayıb.

“Ərizələrin qəbulu fevralın 20-ə qədər davam edəcək. Yanvarın 28-dən isə, yardımların verilməsi başlayacaq. Bu yardım 6 ay ərzində, tam olaraq, 1200 larinin verilməsini nəzərdə tutur.

Hazırda portalımızda 45 000 nəfərin ərizəsi qeydiyyatdan keçib. Vətəndaşlara müraciət edirəm ki, ərizələrini mümükün qədər tez zamanda təqdim etsinlər ki, gərəkən yardımı vaxtında ala bilsinlər” – dedi Giorgi Qaxaria.