Giorgi Qaxaria - İnqilab ssenarisini hazırlayanlar dövlətimizə təsir edə bilmədilər və kilsəyə hücum etdilər
Gürcüstanın baş naziri Giorgi Qaxaria dünən baş verən hadisələri dövlətə və kilsəyə hücum adlandırır.
Giorgi Qaxaria bəyan etdi ki, müəyyən qruplar müxtəlif təxribat ssenariləri quraraq, dövlətə zərər verməyə çalışırlar.
“İnqilab ssenarisini hazırlayanlar dövlətimizə təsir edə bilmədilər və indi də, kilsəyə hücum etdilər. Gürcüstan patriarxı gürcü kilsəsinin simvoludur və ona qarşı destruktiv hərəkətlərin edilməsinə imkan verməyəcəyik” – dedi Qaxaria.
Bu gün baş nazir patriarxlıqda, Gürcüstan Patriarxı İkinci İlia ilə görüşdü.
Xatırladaq ki, dünən patriarxlıqda Müqəddəs Sinodun (ali dini iclas) iclası keçirildi, hansında bir neçə qərar verildi və baş keşiş Petre Tsaavanıən dini rütbəsi əlindən alındı.
İclasdan sonra, Petre Tsaava Patriarxa qarşı təhqirli ifadələrdən istifadə etdi.
Həmçinin, iclasda qərar verildi ki, Patriarxlıq Gürcüstan prezidentindən, həbsdə olan dekanoz Giorgi Mamaladzenin azad edilməsini xahiş edəcək.
Baş nazirin dediyinə görə, Gürcüstan Patriarxına edilən çirkin hücumlar, eyni zamanda, ölkənin və gürcü kilsəsinin təhqiridir.