Giorgi Qaxaria - İqtidar dəstəsi ifadə azadlığına heç vaxt mane olmayacaq, ancaq faktdır ki, küçə aksiyaları virusun yayılması mexanizmidir
İqtidar dəstəsi ifadə azadlığına heç vaxt mane olmayacaq, ancaq faktdır ki, küçə aksiyaları sadəcə risk deyil, həmçinin, virusun yayılması mexanizmidir və bunu biz uydurmamışıq, bu epidemioloqların fikridir, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria “İmedi” telekanalının canlı yayımında verdi.
Onun dediyinə görə, bütün bunların infeksiyalıların sayının artmasına necə təsir etdiyi hər gün görünür.
“Küçə aksiyaları infeksiya saylarının artması ilə bir başa bağlıdır və biz müvafiq tədbirlər görməliyik, ancaq təbii ki, ifadə azadlığı hissəsində deyil. Biz sadəcə olaraq, lokal məhdudiyyətləri artıracağıq ki, bü qədər mobilliyi azaldaq.
Bir şeyi anlamalıyıq ki, ölkəmiz eyni zamanda, bir neçə problemin qarşısında durur. Bunlar pandemiya və covidin qlobal şəkildə yayılmasıdır. Bu həm iqtisadi krizisdir, həm də siyasi və biz heç bir istiqamətdə geri addım atmaq istəmirik. İfadə azadlığının demokratiya üçün nə qədər önəmli olduğunu bilirik, ancaq bu insanların sağlamlığının əvəzinə və ölkənin iqtisadi dağılmasının əvəzinə olmamalıdır.
Təəssüf ki, bəzi siyasətçilərin ağlındaki odur ki, aksiya vasitəsi ilə virus yayılsın, ölkə iqtisadi krizisə girsin, ancaq bunda bir qırmızı çizgi olmalıdır.
Biz effektiv və operativ hərəkət edəcəyik ki, belə halların qarşısını alaq. Həyata keçirdiyimiz tədbirlər ifadə azadlığına toxunmayacaq. Təhlükəsizlik qaydalarını qoruyaraq, hərkəs ifadə azadlığından istifadə edə bilər. Sadəcə olaraq, bunun öz yeri, vaxtı və qaydaları olmalıdır.
Belə ki, pandemiya şərtlərində belə, qəhramanlıq göstərib, oktyabrın 31-də gəlib səs verən vətəndaşlarımıızn sağlamlığını qoruyaq.