Giorgi Qaxaria - İqtidar da, müxalifət də, hərkəs yaxşı başa düşməlidir ki, sabahki gün sakit, demokratik və operativ olmalıdır

Sabah ölkəmizin növbəti demokratik inkişafı üçün önəmli gündür. Biz dünyaya yenə göstərə bilərik ki, pandemiya dövründə belə, nümunəvi, demokratik və şəffaf seçkilər keçirə bilirik, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria koordinasiya şurasının iclasından sonra verdi.

Giorgi Qaxaria qeyd etdi ki, hamı yaxşı dərk etməlidir ki, sabahki gün, seçki qabağı dövrü kimi sakit və tamamilə şəffaf, demokratik mühitdə keçməlidir.

“İqtidar da, müxalifət də, ictimaiyyətimiz də, hərkəs yaxşı başa düşməlidir ki, sabahki gün sakit, demokratik və operativ olmalıdır. Seçki günü də, ondan sonraki günlər də, demokratiyanın yüksək standartlarına müvafiq olmalıdır. Hərhansı siyasi qüvvə tərəfindən edilən provokasiya və qanun pozuntusu, hüquqmühafizəçilər tərəfindən sərt şəkildə cəzalandırılacaq.

Daxili İşlər Nazirliyin əməkdaşlarına, bütün ölkə miqyasında ictimai asayişin qorunası ilə bağlı müvafiq tapşırıqlar verilib. Bununla yanaşı, Xarici İşlər Nazirliyinin xüsusi qərargahı xarici qonaqlarımızla 24 saatlıq əlaqədə olacaqlar ki, onların işinə heç bir maneə yaradılmasın” – dedi Qaxaria.

Gürcüstanın baş naziri vətəndaşları seçkilərdə iştirak etməyə çağırdı və qeyd etdi ki, məhz bu seçkilər növbəti illərdə ölkəmizin demokratik inkişafını müəyyənləşdirəcək.

“Vətəndaşlarımıza müraciət edirəm, sabah seçki məntəqələrinə gedin. Orada yüksək təhlükəsizlik standartlarının qorunması üzərində epidemioloqlar və Səhiyyə Nazirliyi işləyiblər.

Biz hamımız ölkəmizin demokratik inkişafını müəyyənlşdirən seçimimizi etməliyik.  Pandemiya keçəcək, bu krizislə baş gələ biləcəyik, ancaq bu seçkilər ölkəmizin gələcək inkişafını bəlli edəcək. Ona görə də, vətəndaşlarımıza müraciət edirəm, gəlin seçiminizi edin” – dedi Giorgi Qaxaria.