Giorgi Qaxaria - Hərşey yaxşı olacaq, Gürücstana dünya təşkilatları tərəfindən qəbul edilən vaksina gətiriləcək
Giorgi Qaxaria - Hərşey yaxşı olacaq, Gürücstana dünya təşkilatları tərəfindən qəbul edilən vaksina gətiriləcək

Gürcüstanda yaxın günlərdə ən keyfiyyətli və dünya təşkilatları tərəfindən qəbul edilən vaksina olacaq, – bu sözlərlə Gürcüstanın baş naziri Giorgi Qaxaria vaksina ilə bağlı jurnalistlərin suallarına cavab verdi.

Onun dediyinə görə, vaksina gələcək həftədən gətiriləcək.

“Əsas məqsədimiz odur ki, ilin sonuna qədər əhalinin 60 faizinə vaksinasiya edilsin. Bilirik ki, vaksinasiya prosesinin sağlamlıqla bərabər böyük iqtisadi əhəmiyyəti də var. Biz Kovaksplatformanın üzvləriyik və yaxın günlərdə Gürcüstana Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilən ən keyfiyyətli vaksina gətiriləcək” – dedi baş nazir.