Giorgi Qaxaria - Gürcüstanın böyük dostlarına Qeri Konol və Adam Kizingerə ölkəmizi dəstəkləyib, qanunlayihə hazırladıqları üçün təşəkkür edirəm
Giorgi Qaxaria - Gürcüstanın böyük dostlarına Qeri Konol və Adam Kizingerə ölkəmizi dəstəkləyib, qanunlayihə hazırladıqları üçün təşəkkür edirəm

Gürcüstanın böyük dostlarına Qeri Konol və Adam Kizingerə ölkəmizi dəstəkləyib, qanunlayihə hazırladıqları və strateji partnyorluğumuzun əhəmiyyətini bir daha vurğuladıqları üçün təşəkkür edirəm, – bu sözləri Gürcüstanın baş naziri Giorgi Qaxaria sosiyal şəbəkədə yayır.

Dövlət başçısı vurğulayır ki, bu qərarla, Gürcüstanın ərazi bütövlüyü və suverenliyi, demokratik yolda inkişafı və təhlükəsizliyi dahada möhkəmləşir.

Xatırladaq ki, Gürcüstanın dost qruplarının həmsədrləri, konqresmenlər Adam Kizinger və Qeri Konoli, ABŞ-ın nümayəndələr palatasına Gürcüstanı dəstəkləyən yeni bir akt təqdim etdilər.

Nümayəndələr palatasının veb-səhifəsində yayılan məlumatda qeyd olunur ki, qanunlayihə ABŞ-ın Gürcüstana dəstəyini və ərazi bütövlüyünə və suverenliyinə hörmətini təsdiqləyir və regionda Rusiyanın aqressiyasını qınayır.