Giorgi Qaxaria - Gürcüstanın Avro-Atlantik inteqrasiyası ölkəmizin sabitliyinə yönəldilib, məqsədimiz heç bir təqdirdə kiməsə qarşıdurmaq deyil
Gürcüstanın Avro-atlantik inteqrasiyası kimsəyə qarşı durmaq və yaxud təhdid üçün deyil və məqsədimiz sadəcə olaraq, vətənimizin və vətəndaşlarımızın sabitliyi və firəvanlığıdır, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.
Bu sözlərlə, baş nazir Giorgi Qaxaria Rusiyanın baş naziri Dmitri Medvedevin bəyanatına cavab verdi, harda Medvedev belə deyir: “Atom ölkəsiyik, bizim ətrafımızda NATO bazalarının yerləşdirilməsinə siyasi və hərbi yollarla cavab verəcəyik. NATO bunun ağır nəticələrini gözə almalıdır və bu ölkələrin qəbul edilməsi ilə bağlı qərar verərkən yaxşı düşünməlidir”.
Giorgi Qaxaria qeyd etdi ki, Rusiya tərəfindən belə bəyanatlar ilk dəfə verilmir.
“Yenə bir dəfə deyirik, ölkəmizin avro-atlantik inteqrasiyası kimsə üçün təhlükə və təhdid deyil, bizim məqsədimiz sadəcə olaraq, ölkəmizin inkişafı, sabitliyi və firəvanlığıdır” – dedi Qaxaria.