Giorgi Qaxaria - Gürcüstana dəstək aktı ABŞ və Gürcüstan arasındaki münasibətləri əhəmiyyətli dərəcədə möhkəmləndirir

“Gürcü xalqının adı ilə ABŞ-ın nümayəndələr palatasına Gürcüstana dəstək aktı üçün təşəkkür etmək istəyirəm. Bu Gürcüstanla bağlı ilk qanunlayihədir, hansı ki, bizim partnyorluğumuzu yeni səviyyəyə çıxardacaq” – bu barədə bəyanatı Gürcüstanın baş naziri öz rəsmi “Tvitter” səhifəsindən yayır.

“Amerika Birləşmiş Ştatları bizim ən yaxın partnyorumuzdur. Gürcüstana dəstək aktı ABŞ və Gürcüstan arasında müdafiyə, iqtisadiyyat və kibertəhlükəsizlik sahələrindəki əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirir. ABŞ-la daha sıx əməkdaşlıq Gürcüstana təhlükəsizliyini qorumaq üçün yardım edəcək” – deyilir bəyanatda.

Xatırladaq ki, ABŞ-ın nümayəndələr palatası Gürcüstana dəstək aktını bu gün birgə səslə təsdiqlədi.