Giorgi Qaxaria - Gürcüstan vətəndaşları doqquz partiyaya mandat verərək, 24 saat ərzində ölkənin krizisdən çıxardılması üçün iş görməyi tapşırdı, küçə aksiyaları keçirməyi deyil
Müstəqil Gürcüstanın tarixində doqquz siyasi partiyaya mandat ilk dəfə verilir. Gürcüstan vətəndaşları doqquz partiyaya mandat verərək, 24 saat ərzində ölkənin krizisdən çıxardılması üçün iş görməyi tapşırdı, küçə aksiyaları keçirməyi deyil, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.
Dövlət başçısının dediyinə görə, seçki zamanı pozuntularla bağlı müvafiq yoxlanış keçiriləcək və dəyərləndirmə veriləcək.
“31 oktyabr seçkiləri beynəlxalq səviyyədə demokratiyanın fundamental hüquqlarına müvafiq seçkilər olaraq, dəyərləndirildi. Bu bir faktdır.
Əlbəttə ki, pozuntular və kiçik yolsuzluqlar oldu. Biz keçid demokratiyasındayıq və bunu hərkəs başa düşməlidir.
Yolsuzluqlar ona görə var ki, onlara da müvafiq demokratik formada cavab verə bilək. Ona görə də, biz inanırıq ki, hərhansı yolsuzluğu düzəltmək mümkündür və biz bunun üçün birlikdə əlimizdən gələni etməliyik” – dedi Giorgi Qaxaria.