Giorgi Qaxaria - Gürcüstan və ABŞ arasındaki partnyorluq partiya maraqlarından üstündür
Gürcüstan və ABŞ arasındaki strateji partnyorluq partiya maraqlarından üstündür, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria senatda müdafiyə avtorizasiyası aktının təsdiqlənməsi və senator Cim Rişin təşəbbüsünün düşməsi ilə bağlı jurnalistlərin verdiyi suallarını cavablandırarkən verdi.
Söhbət ABŞ senatının xarici komitəsinin sədri senator Cim Riş tərəfindən təşəbbüslənən büdcə dəyişikliklərindən gedir, hansına əsasən, senat hesab edir ki, Gürcüstan iqtidarı 8 mart razılaşmasını yerinə yetirməyib.
“Təbii ki, senatorların və konqresmenlərin müəyyən sualları ola bilər, zaman getdikcə bu suallara da cavab veriləcək. Təəssüf ki, kimlərsə çalışır ki, iki ölkə arasındaki strateji partnyorluğu siyasi proseslərin bir hissəsinə çevirsin, ancaq buna nail ola bilməyəcəklər, çünki Gürcüstan və ABŞ arasındaki partnyorluq kiminsə partiya maraqlarından üstündür” – dedi Giorgi Qaxaria.