Giorgi Qaxaria - Gürcüstan iqtidarı və gürcü xalqının adı ilə, Avropa İttifaqına bizə olan etimadı və partnyorluğa görə təşəkkür edirəm

Gürcüstanın “yaşıl ölkələr siyahısına” daxil edilməsi, pandemiya ilə mübarizədə əldə etdiyimiz nailiyyətin və müvəffəqiyyətin yenə bir təsdiqidir, –  bu barədə Gürcüstanın baş nazirinin bəyanatında deyilir.

Giorgi Qaxaria Gürcüstan iqtidarı və gürcü xalqının adı ilə Avropa İttifaqının Gürcüstana göstərdiyi etimad və strateji partnyorluğa görə təşəkkür etdi.

” Bugün Gürcüstan Avropa İttifaqının qapılarının açıq olduğu 15 ölkə arasında yer aldı. Gürcüstan iqtidarı və gürcü xalqının adı ilə, Avropa İttifaqına bizə olan etimadı və partnyorluğa görə təşəkkür edirəm” – deyib baş nazir.