Giorgi Qaxaria - Gürcüstan birbaşa maraqlıdır ki, regiondaki hərhansı bir münaqişə sadəcə danışıqlar yolu ilə həll olunsun
Gürcüstan birbaşa maraqlıdır ki, regiondaki hərhansı bir münaqişə sadəcə və sadəcə danışıqlar yolu ilə həll olunsun, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Dağlıq Qarabağda mövcud olan vəziyyətlə bağlı danışarkən verib.
Onun dediyinə görə, regionda müharibənin olması Gürcüstan üçün böyük riskdir.
“Qonşu ölkələrdə həqiqi bir müharibə gedirsə, bu Gürcüstan üçün böyük riskdir. Əlbəttə ki, biz imkan daxilində, əlimizdən gələni edəcəyik ki, regionda sülhün bərpasına qatqımız olsun. Bizim həm erməni, həm azərbaycanlı vətəndaşlarımız var. Gürcüstan birbaşa maraqlıdır ki, regionumuzdakı hərhansı bir münaqişə sülh danışıqları yolu ilə bərpa olunsun və bunun üçün əlimizdən gələni edəcəyik” – dedi Giorgi Qaxaria.