Giorgi Qaxaria - Gürcüstan Avropa sivilizasiyasının bir hissəsidir və ölkəmizin inkişaf yolu Avropa və Avro-Atlantik İnteqrasiyadır

Gürcüstan Avropa sivilizasiyasının bir hissəsidir və ölkəmizin inkişaf yolu Avropa və Avro-Atlantik İnteqrasiyadır, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria BMT Baş Assambleyasının 75-ci sesiyasında verdi.

Onun dediyinə görə, bütün bunlar ölkə konstitusiyasında da əks olunur və yenidən baxılmağa ehtiyac yoxdur.

“Gürcüstan Avropa sivilizasiyasının hissəsidir və ölkəmizin inkişaf yolu dəyişməz olaraq, qalır.  Bu yol Avropa və Avro-Atlantik inteqrasiyadır. Gürcüstanın Avropa İttifaqı ilə asosiasiya razılaşması var, vizasız rejim və azad ticarət razılaşması qüvvədədir. Bütün bunlar bizə imkan verir ki, Avropa İnstitularını gücləndirək, kiçik və orta biznesi gücləndirək və müasir texnologiyalardan istifadə edək.

Gürcüstan beynəlxalq sülh misiyalarında da iştirak edir. Gürcüstanın Silahlı Qüvvələri öz vəzifələrini hər yerdə gərəkdiyi şəkildə  yerinə yetirirlər. Avroatlantik təhlükəsizliyə qatdığımız qatqı ölkəmizin güclənməsində və qorunmasında əks olunur” – dedi Giorgi Qaxaria.