Giorgi Qaxaria Qori yaxınlığında baş verən avtoqəza ilə bağlı - Zuqdidi, Xobi və Çxorotsku əhalisinə baş sağlığı bildirmək istəyirəm
Vətəndaşlarımızın qəzada həlak olması ilə bağlı Zuqdidi, Xobi və Çxorotsku əhalisinə baş sağlığı bildirmək istəyirəm, – bu bəyanatı Gürcüstanın baş naziri, dünən gecə saatlarında Qori yaxınlığında baş verən avtoqəza ilə bağlı, İsani majoritar deputatlığa namizədi təqdim edərkən verdi.
Baş nazirin bəyanatına görə, həkimlər əlindən gələni edirlər ki, qəzada zərər görən digər vətəndaşların həyatlarını xilas etsinlər.
“İlk növbədə, dünən Qori yaxınlığında baş verən faciədən söz etmək istəyirəm. Həlak olan vətəndaşların ailələrinə baş sağlığ bildirmək istəyirəm. Bizim itiriləcək vətəndaşlarımız yoxdur. Həkimlər əllərindən gələni edirlər ki, digər zərər görənlərin həyatları xilas edilsin” – dedi baş nazir Giorgi Qaxaria.
Qori yaxınlığında avtoqəza dünən gecə saatlarında baş verdi.
Avtoqəza nəticəsində 6 nəfər həlak olub.