Giorgi Qaxaria - Fəxrlə deyə bilərəm ki, Gürcüstanın səhiyyə sistemi koronavirus çağırışını layiqli şəkildə qarşıladı
Fəxrlə deyə bilərəm ki, Gürcüstanın səhiyyə sistemi, başda nazir olmaqla, digərləri ilə müqayisədə, qarşımızdaki çağırışla böyük müvəffəqiyyətlə baş gələ bildi, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria, Səhiyyə Nazirinin bir illik hesabatının təqdimatında verdi.
Qaxaria qeyd etdi ki, qlobal pandemiya sadəcə Gürcüstan üçün deyil, bütün dünya üçün böyük bir çağırışdır.
“Koronavirus davam edir, ancaq bizim vətəndaşlarımızın üzlərində sakitlik var, çünki həyatımızın çox önəmli hissəsini əhatə edən Səhiyyə Nazirliyimiz müvəffəqiyyətli işlər gördü” – dedi Giorgi Qaxaria.