Giorgi Qaxaria - Əsas olan odur ki, birlikdə nümunəvi seçkilər keçirək və beləliklə, bəzi uğursuz siyasətçilərin spekulyasiyalarına son qoyaq
Seçki siyahısında kimin hansı nömrəylə yazıldığı önəmli deyil, əsas olan odur ki, ölkəmiz, müxalifət, iqtidar, vətəndaş cəmiyyəti – hamımız birlikdə nümunəvi seçkilər keçirək və beləliklə də, bəzi uğursuz siyasətçilərin spekulyasiyalarına son qoyaq – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.
“Mən siyahıda son nömrə olacam. Mənim üçün siyahıdaki nömrəmin fərqi yoxdur. Mənim önəmsədiyim şey pandamiyadır və vətəndaşlarımızın sağlamlığını qorumaqdır. İkinci önəmli məsələ, iqtisadi dirçəlişimizdir. Üçüncü önəmli məqsədimiz isə, sakit və demokratik seçkilərin keçirilməsidir, – dedi baş nazir.
Seçki siyahısında Bidzina ivanişvilinin olub-olmayacağı ilə bağlı isə, baş nazir bəyan etdi:”Bəli, Bidzina İvanişvili “Gürcü Arzusunun” təsisçisidir və niyə olmasın”.