Giorgi Qaxaria - Əlimizdən gələni edəcəyik ki, seçkilər şəffaf, demokratik və ədalətli olmaqdan başqa, epiomioloji cəhəddən də təhlükəsiz keçirilsin
Əlimizdən gələni edəcəyik ki, seçkilər şəffaf, demokratik və ədalətli olmaqdan başqa, epiomioloji cəhəddən də təhlükəsiz keçirilsin və bu belə də olacaq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Kutasisidə jurnalistlərlə söhbət edərkən verdi.
Giorgi Qaxaria qeyd etdi ki, Gürcüstan iqtidarı tamamilə plana müvafiq addımlar atır.
“Ölkədə infeksiyaya yoluxma fazası artmağa davam edə bilər və ona görə də, bir-birimizə, xüsusi ilə də yaşlılara və xüsusi risk altında olanlara qayğı göstərməliyik.
Eyni zamanda həyatımıza da davam etməliyik, universitet tikməliyik, seçkiləri keçirməliyik və iqtisadiyyatımızı bərpa etməliyik.
Əlimizdən gələni edəcəyik ki, seçkilər şəffaf, demokratik və ədalətli olmaqdan başqa, epiomioloji cəhəddən də təhlükəsiz keçirilsin.
Təhlükəsizlik qaydalarını elə qoruyacağlq ki, bəzi supermarketlərə daxil olmaq, seçki məntəqəsinə səs verməyə getməkdən daha təhlükə ola bilər.
Mən həm tərəfdarlarımızı, həm də bütün Gürcüstan vətəndaşlarını, seçki məntəqələrinə gəlib, səs verməyə çağırıram” – dedi Giorgi Qaxaria.