Giorgi Qaxaria dünya liderləri ilə bərabər, BMT Baş Assambleyasının 75-ci sesiyasının iştirakçılarına nitqlə müraciət edəcək

Gürcüstanın baş naziri Giorgi Qaxaria dünya liderləri ilə bərabər, BMT Baş Assambleyasının 75-ci sesiyasının iştirakçılarına nitqlə müraciət edəcək.

Birləşmiş millətlər təşkilatının cari il 75 yaşı tamam oldu və ilk dəfə olaraq, baş assambleyası distansiyalı şəkildə keçirilir.

Gürcüstanın baş naziri nitqlə çıxış edərkən, əsas diqqəti covid-19, işğal, Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyası yolunda nail olunan tərəqqi, ölkədə həyata keçirilən konstitusiya isslahatı kimi əsas məsələlərə yetirəcək.

Gürcüstanın baş nazirinin çıxışı Tbilisi vaxtı ilə, bugün baş tutacaq.

Bu haqda məlumatı baş-nazirin mətbuat xidməti yayır.