Giorgi Qaxaria - Dəstəmizdə hərhansı gərginlik və yaxud qarşıdurma yoxdur
Giorgi Qaxaria - Dəstəmizdə hərhansı gərginlik və yaxud qarşıdurma yoxdur

Dəstəmizdə hərhansı gərginlik və yaxud qarşıdurma yoxdur — bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.

Qaxaria bu bəyanatı jurnalistlərin “nəyə görə paytaxtın merinin” əksəriyyətin siyasi iclasında iştirak etmədiyi ilə bağlı suallarına cavab olaraq verdi.

Baş nazirin cavabına görə, Kaxa Kaladze dəstənin ən layiqli nümayəndələrindən biridir.

“Kaladze Tbilisinin ən müvəffəqiyyətli meridir. O bu şəhərdə həqiqətən önəmli layihələr həyata keçirdi. Belə bir siyasətçi dəstədə nə qədər güclü olsa, “Gürcü Arzusu” üçün o qədər yaxşıdır. Dəstəmizdə isə, heç bir qarşıdurma yoxdur. İclasa da yəqin ki, çox vacib bir işi olduğuna görə gəlmədi” – dedi Giorgi Qaxaria.