Giorgi Qaxaria Daşbaş kanyonuna getdi - Biz bu il Gürcüstandanda səyahət edərək və ölkəmizdə yeni yerlər kəşf edərək, milli turizmimizi gücləndirməliyik

Biz bu il Gürcüstandanda səyahət edərək və ölkəmizdə yeni yerlər kəşf edərək, birlikdə milli turizmimizi gücləndirməliyik. Daşbaş kanyonu da əsas turist yeri olmalıdır, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Algetinin qorunan ərazilərini ziyarət edərkən verdi.

Baş nazir Ətraf Mühitin Müdafiyəsi və Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili, Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili və Milli Turizm administrasiyasının rəhbəri Mariam Kvrivişvili ilə bərabər Daşbaş kanyonunu ziyarət etdi, hansı ki, gözəl peyzajı ilə fərqlənir və Avropanın ən böyük kanyonlarından biridir.

Gürcüstanda ilk dəfə, qorunan ərazilərdə, özəl beynəlxalq investisiya həyata keçirilir, hansı ki, COVİD-19 pandemiyasına baxmayaraq, dayanmayıb.

Baş nazirin bəyanatına görə, belə həcmli investisiya region üçün rekorddur. Layihə ilə nəzərdə tutulan obyekt isə, Gürcüstan üçün yeni və unikal olacaq.

Ətraf Mühitin Müdafiyəsi və Kəndə Təsərrüfatı Nazirliyinin məlumatına görə, layihəyə əsasən, Gürcüstanda ilk dəfə unikal 240 meyrlik şüşəli körpü tikiləcək, hansında ekoturist mərdivənləri və vizitor mərkəzləri olacaq.

Layihənin investisiya dəyəri 50 laridən artıqdır.

Giorgi Qaxarianın dediyinə görə, bu layihə kanyonun populyarizasiyası üçün şərait yaradacaq və həmçinin yerli əhali işlə təmin ediləcək.