Giorgi Qaxaria - Daxili İşlər Nazirliyi heç bir zaman ağır cinayətlərin geniş miqyaslı amnistiyasının tərəfdarı olmayacaq
Giorgi Qaxaria - Daxili İşlər Nazirliyi heç bir zaman ağır cinayətlərin geniş miqyaslı amnistiyasının tərəfdarı olmayacaq

Daxili İşlər Nazirliyi heç bir zaman ağır cinayətlərin geniş miqyaslı amnistiyasının tərəfdarı olmayacaq, – bu barədə bəyanatı Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria jurnalistlərə bugün verdi.

Giorgi Qaxaria qeyd etdi ki, hüquq sisteminin əsas hərəkət etdirici qüvvəsi humanist yanaşma deyil, vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir.

Tbilisidə, Barnov küçəsində baş verən qətl ilə bağlı, Qaxaria bəyan etdi ki, bu konkret halda ən qəti tədbirlər həyata keçiriləcək və istintaq mümkün olduğu qədər tez başa çatacaq.

“Məlum olduğu kimi, qeyd olunan cinayəti törədən şəxsə 16-dan 20-yə qədər həbs cəzası veriləcək” – dedi Qaxaria.