Giorgi Qaxaria - Bütün siyasi qüvvələr fundamental məsələlərin həlli zamanı öz şəxsi maraqlarını ikinci plana qoysalar yaxşı olar

Razılaşaq ki, seçki sistemi və proporsyional sistem, xüsusi ilə də parlament respublikası şərtlərində, sistemli bir islahatdır. Əlbəttə ki, bu məsələ ilə bağlı bütün siyasi qüvvələrin konsensusu ölkənin qələbəsi ola bilərdi, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria jurnalistlərlə danışarkən verdi.

Qaxaria bu bəyanatla Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartselin bəyanatını şərhləndirdi, hansında səfir deyir ki, yeni seçki məcəlləsinin daha geniş siyasi spektr tərəfindən dəstəklənmə imkanının əldə buraxılması üçün təəssüflənir.

Proporsiyonal sistem imkan yaradır ki, ölkənin siyasi elitaları dəyişsin. Siyasətə gənclər gəlsin. Yaxın illərdə bu dəyişiklikləri hər bir vətəndaş hiss edəcək.

Ölkəmizin avro-atlantik inteqrasiyası üçün bu önəmli bir addm idi. Belə fundamental məsələlərin həll edilməsi zamanı hər bir siyasi qüvvə öz şəxsi maraqlarını kənara qoysa yaxşı olar” – dedi Giorgi Qaxaria.