Giorgi Qaxaria - Bütün fermerlər bir hektar torpaq sahəsi üçün 150 litr dizel yanacağı ala biləcəklər və dizelin bazar qiymətindən bir lari ilə ucuz olacağının zəmanəti veriləcək
Bütün fermerlər bir hektar torpaq sahəsi üçün 150 litr dizel yanacağı ala biləcəklər və onlara dizelin bazar qiymətindən bir lari ilə ucuz olacağının zəmanəti veriləcək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Kənd Təsərrüfatı Nazirliyinin antikrizis planının təqdimatında verdi.
Baş nazirin dediyinə görə, kənd-təsərrüfatı fəaliyyəti üçün yanacağın qiyməti kritik dərəcədə vacibdir və iqtidar bu problemin həlli üçün işləyir.
“Bütün fermerlərə zəmanət veriləcək ki, aqro-dizelin qiyməti onlar üçün bazar qiymətindən xeyli aşağı olacaq” – dedi baş nazir.